Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Nemətzadənin “Türk-İslam əbru sənəti: tarixi və dini-fəlsəfi aspektlər” (“Turkic-Islamic Art of Marbling Paper "EBRU": Historical and Religious-Philosophical Aspects”) adlı məqaləsi Rusiyada nəşr edilən nüfuzlu “Modern Scientific Thought”/«Современная научная мысль» elmi jurnalının 2020-ci il 5-ci sayında ingilis dilində dərc edilib.
Bu gün – dekabrın 21-i görkəmli Şərqşünas alim, AMEA Şərqşünaslıq İnstitutunun direktoru olmuş akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun anadan olduğu gündür.
Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olmuşdur.
Atası – Musa Mövsüm oğlu Bünyadaov məşhur və çox hörmətli Bibi-Heybət alim-şeyxləri nəslindən idi. O, bir neçə dil bilirdi. Ziya atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrəndi.
Dekabrın 18-də Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının təşkilatçılığı ilə “Ərəb dili elmin, dinin və mədəniyyətin dilidir” mövzusunda onlayn elmi konfrans keçirilib.
18 dekabr – Beynəlxalq Ərəb Dili Gününə həsr edilən konfransda Azərbaycanın, eləcə də müxtəlif ölkələrin ali təhsil müəssisələrinin professor və alimləri iştirak ediblər.
