Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov İraqın “Əl-Afaq" və İranın ərəbdilli “əl-Aləm” telekanallarına müsahibə verərək Azərbaycan respublikasının haqq mövqeyini izləyicilərə çatdırıb, Ermənistanın atəşkəsin elə birinci günündə Gəncəni raket atəşinə tutmasından danışıb.
S.Bağırov həmçinin cari Qarabağ döyüşləri başlayandan Rusiya Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş “İnterAz” telekanalının saytının ərəb dili versiyasında Qarabağ döyüşləri və ölkəmizin haqq mövqeyi ilə bağlı gündəlik 3-4 xəbər yazaraq yerləşdirir.
Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov Misirin aldiplomasy.com saytında “XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası” adlı məqaləsi dərc olunub. Məqalədə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasının üç mərhələsindən söz açılır, xüsusən 1948-53-cü illər depotasiyasına diqqət çəkilir, bu deportasiyanı əks etdirən tarixi sənəd qoşma kimi əlavə edilir.
Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov mərkəzi Tehranda yerləşən "İslami Media Qurumları Birliyinin" London ofisinin Qarabağ münaqişəsilə bağlı təşkil etdiyi virtual mühazirədə ərəb dilində çıxış edib. S.Bağırov ərəb və farsdilli ekspertlərin suallarını cavablandırlb.
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Prezident İlham Əliyevin müraciəti
-Əziz həmvətənlər.
Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı soydaşlarımıza Allah şəfa versin!
Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz.
