Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96 İLLİYİ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA QEYD EDİLDİ

08 May 2019

Mayın 8-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi qeyd edildi. İnstitutun direktoru, akademik, millət vəkili Gövhər Baxşəliyeva tədbirdə çıxış edərək, Azərbaycan xalqının həyatında ulu öndərin əvəzedilməz rolundan danışdı. Bu il Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 ilinin tamam olacağını diqqətə çatdıran G.Baxşəliyeva Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrünün ulu öndərin adı ilə sıx bağlı olduğunu və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunduğunu qeyd etdi.

 

 Ulu öndərin sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi illərdə gördüyü işlərdən söz açan Gövhər xanım, onun müstəqilliyin ilk ağır illərində hakimiyyətə qayıdıb böyük müdrikliyi ilə, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizi bütün çətinliklərdən xilas edərək inkişafının əsasını qoyduğunu, Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət qurduğunu söylədi.

G.Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açdı: «Azərbaycanın müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, Azərbaycan ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası, nail olduğu yüksək iqtisadi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır».

G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söylədi. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri xatırlatdı: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

 Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini  qeyd etdi.

Sonra institutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəls.ü.f.d. Esmeralda Həsənova, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, i.ü.e.d. Dünyamalı Vəliyev və başqaları çıxış edərək, müstəqil Azərbaycan dövlətinin əsasını qoymuş ulu öndərin suveren Azərbaycanın inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açdılar. Çıxış edənlər Heydər Əliyevin dövlətçiliyimizin memarı, ölkəmizdə sabitliyin təminatçısı olduğunu söyləyərək, ümummilli liderin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışdılar, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd etdilər.

 

 

 

 

Download Template Joomla 3.0 free theme.