Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun Rusiyada nəşr olunan “Orientalistika” beynəlxalq elmi jurnalında “Xəlifə əl-Mütədidin hakimiyyəti dövrünə aid vergi zəmanəti müqaviləsi (892 il): Hilal əs-Sabinin "Kitab əl-Vüzara" əsərindən çıxarış” adlı məqaləsi dərc olunub.
F.Əsədov Hilal əs-Sabinin "Kitab əl-Vüzara" (Vəzirlərin kitabı) əsərində təqdim edilən Xəlifə əl-Mütədidin hakimiyyəti dövrünə aid vergi zəmanəti müqaviləsinin mətnini ərəb dilindən tərcümə edib, müqavilə mətni ilə bağlı şərhlər verib və müqəddimə kimi xəlifə əl-Mütədidin taxta çıxması ilindəki xilafətdəki siyasi və iqtisadi vəziyyəti təqdim edərək, Abbasi xəlifələrinin dövründə vergilərin zəmanəti praktikasının yaranma səbəblərini araşdırıb.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov "Azərbaycanda müxtəlif din və mədəniyyətlərin sülh və əmin-amanlıq şəraitində mövcudluğu" mövzusunda vebinarda iştirak edib. Amerika Birləşmiş Ştatlarının Texas, Dallas Cənubi Metodiki Universitetləri, Azərbaycan Respublikasından ADA Universitenin və AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimlərinin iştirak etdiyi vebinarın təşkilatçısı Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi Cəmilə Cavadova-Spitsberq olub.
Martın 3-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə təşkil edilən tədbirlər çərçivəsində “Nizami və Şərq ədəbiyyatları” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, 2021-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib və bununla əlaqədar AMEA-da tədbirlər planlaşdırılaraq həyata keçirilir. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda da Nizami Gəncəvinin yaradıcılığına dair tədqiqatların aparılacağını, kitabların nəşr ediləcəyini, konfrans, elmi sessiya və seminarların keçiriləcəyini qeyd edib.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri” lüğəti nəşr olunub.
Lüğətə müsəlman filosofları tərəfindən işlənib-hazırlanmış terminlərin müəyyən hissəsi, klassik müsəlman fəlsəfi əsərlərində xatırlanan yunan, Roma mənşəli filosofların ərəb dilində göstərilmiş adları daxil edilib. Ümumilikdə lüğətdə 443 sözün izahı verilib.
Kitabda orta əsr müsəlman fəlsəfəsi, məntiqi, metafizika və psixologiyası, astronomiyasına aid terminlərin təkcə tərcüməsi deyil, həm də izahı verilib.
