Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Özbəkistan portalı Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasətindən yazır

23 Sentyabr 2020

Özbəkistanın fikr.uz portalı Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti haqqında rus dilində məqalə yayıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, dosent Sübhan Talıblının müəllifi olduğu məqalədə bildirilir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində artıq uzun illərdir qanunsuz məskunlaşdırma siyasəti aparır, bununla da ərazinin demoqrafik strukturunda dəyişiklik edir.

 

 

Bildirilir ki, bu gün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarına əhalinin qanunsuz köçürülməsi ilə yanaşı, xalqımıza məxsus maddi və mədəni abidələrin məhv edilməsi, həmin ərazilərdə qeyri-qanuni kommersiya fəaliyyəti ilə məşğuldur. Bu faktlar bir sıra beynəlxalq və regional təşkilatların qərarlarında və hesabatlarında, xarici və yerli KİV-də, aparılan tədqiqatlarda öz əksini tapıb.

 

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.

 

Download Template Joomla 3.0 free theme.