Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Özbəkistan portalı Ballıqaya qətliamı ilə bağlı məqalə yayıb

23 Sentyabr 2020

Özbəkistanın “orol24.uz” portalı Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən faciə ilə bağlı məqalə yayıb.

 

AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rus dilində dərc olunan məqalənin müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Sübhan Talıblıdır.

 

Məqalədə bildirilir ki, 28 il əvvəl ermənilər eyni kənddən 24 nəfəri qəddarlıqla qətlə yetiriblər. Onların arasında 6 azyaşlı uşaq, altıaylıq 1 körpə və 93 yaşlı qadın da olub. Öldürülənlərin bəzilərinin cəsədləri yandırılıb, faciə nəticəsində 3 uşaq valideynlərinin hər ikisini itirib.

 

 

Yazıda vurğulanır ki, Ballıqaya faciəsi ermənilərin Xocalıda, Qaradağlıda, Ağdabanda törətdikləri qətliamlardan biridir.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumatların verildiyi yazıda bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Bununla belə, Ermənistan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir.

 

Download Template Joomla 3.0 free theme.