Nəzərinizə çatdıraq ki, tarixçi-şərqşünas dos. Sübhan Talıblının Azərbaycan tarixi, xarici siyasəti, mədəniyyəti, iqtisadiyyatı, Dağlıq Qarabağın və ətraf rayonların işğalı, habelə ermənilərin törətdiyi soyqırım və hərbi təcavüzlə bağlı hazırladığı 100-dən çox məqalə ərəb, fars, türk, rus dillərində olmaqla Misir Ərəb Respublikası, İordaniya Haşimilər Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Livan Respublikası, İran İslam Respublikası, Türkiyə, Qazaxıstan, Özbəkistan və Rusiyada 60-dan çox nüfuzlu qəzet, sayt, xəbər agentlikləri və informasiya portallarında yayımlanıb. Bu sırada alimin ərəb dilində məqalələrinin yayımlandığı Misir Ərəb Respublikasının “əl-Diplomasi”, “Şabab əl-Nil”, “Asiya əl-youm”, “əl-Vəsilə”, “əl-Daulə”, “əl-ümmət”, “Səda” xəbər agentlikləri və informasiya portallarını, İordaniya Haşimilər Krallığının “Neyruz”, “Nəbz”, “Şərq” informasiya portallarını, Birləşmiş Ərəb Əmirliklərinə məxsus gündəlik "əl-Fəcr" qəzetini, "dubaiiconiclady", "Emirates-torism", "dubaihospitalitynews" xəbər portallarını, rus dilində yazılarının təqdim edildiyi Özbəkistan Respublikasının “orol24.uz”, “fikr.uz”, “interpress.uz”, Qazaxıstanın “ea-news”, “qazaquni” xəbər portallarını, Türkiyədə türkcə məqalələrini izləyicilərinə çatdıran turkishnews.com.tr, kriminsesigazetesi.com və kafkassam.com saytlarını, eləcə də İranda məqaləsini farsca dərc edən “Xudafərin” və azərbaycanca çap edən “Varlıq” jurnallarını və s.-ni qeyd etmək olar.