Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının müsahibəsi www.turkishnews.com/tr saytında dərc olunub:
Dost ve kardeşimiz Azerbaycan, şimdi işgalden kurtarılmış topraklarında yeniden yapılandırma çalışmalarına başladı. Dağlık Karabağ’ın Ermenistan işgalinden kurtarılmasından sonra bu zengin ve verimli topraklardan daha fazla yararlanmak için yeni bir dönem başlatılacak. Yerli ve yabancı yatırımcıların buraya çekilmesi için de yeni bir planlamaya gidilecek.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının SİA-ya müsahibəsini təqdim edirik:
- Əvvəla qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi fərmanının ermənilərin cinayətkar və terror əməllərinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olub. 1905-1906-cı illərdə Cənubi Qafqazda törədilən qırğınlar mahiyyət etibarilə ermənilərin XX əsrdə azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir. 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilib, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qalıb.
18 mart 2021-ci il tarixində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Çanaqqaladan Qarabağa Türk zəfəri” adlı Çanakkale savaşının 106-cı il dönümünə həsr olunmuş online konfrans keçirildi.
Konfrans TUMİB-in sədri Çingiz Bayramov açılış nitqi ilə başladı. Türk dünyası uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxışlar başladı. Çıxış edənlər arasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Subhan Talıblı da var idi.
Martın 31-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.
