Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 Mart 2021

     Martın 3-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə təşkil edilən tədbirlər çərçivəsində “Nizami və Şərq ədəbiyyatları” mövzusunda seminar keçirilib.
     Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, 2021-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib və bununla əlaqədar AMEA-da tədbirlər planlaşdırılaraq həyata keçirilir. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda da Nizami Gəncəvinin yaradıcılığına dair tədqiqatların aparılacağını, kitabların nəşr ediləcəyini, konfrans, elmi sessiya və seminarların keçiriləcəyini qeyd edib.

02 Mart 2021

      AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri” lüğəti nəşr olunub.

      Lüğətə müsəlman filosofları tərəfindən işlənib-hazırlanmış terminlərin müəyyən hissəsi, klassik müsəlman fəlsəfi əsərlərində xatırlanan yunan, Roma mənşəli filosofların ərəb dilində göstərilmiş adları daxil edilib. Ümumilikdə lüğətdə 443 sözün izahı verilib.

     Kitabda orta əsr müsəlman fəlsəfəsi, məntiqi, metafizika və psixologiyası, astronomiyasına aid terminlərin təkcə tərcüməsi deyil, həm də izahı verilib.

01 Mart 2021

Martın 1-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda – 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Milli iqtisadiyyatın qorunması üçün güclü Mülki Müdafiə” mövzusunda tədbirlər həyata keçirilib.

28 Fevral 2021

      AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının Xocalı soyqırımı ilə bağlı "Xocalı soyqırımı: insanlığın ən qanlı faciərindən biri" məqaləsi Özbəkistanın fikr.uz saytında rus dilində dərc olunub.

     Məqalədə 20-ci əsr boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı məlumat verən müəllif 1992-ci ilin 26 fevral Xocalı faciəsindən ətraflı bəhs edir. Xocalıda insanlığa qarşı cinayətlərin kimlər tərəfindən və necə törədildiyindən yazan S. Talıblı, soyqırımın acı nəticələri barədə məlumat verir. Soyqırımı törədən cinatətkarlardan bir qisminin bu qansız əməlləri etirafları qeyd olunan yazıda Xocalı soyqırımının dünyanın aparıcı imformasiya vasitələrində işıqlandırılması, bu soyqırımı tanıyan ölkələr barədə də məlumat verilir.

 
 
 
 

Download Template Joomla 3.0 free theme.