Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
2021-ci il yanvarın 29-da UNESCO-nun nəzdində fəaliyyət göstərən Asiya-Sakit okean regionu Qeyri-maddi mədəni irs üzrə Beynəlxalq İnformasiya və şəbəkə Mərkəzi (ICHCAP, Cənubi Koreya) ilə Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu (IICAS, Özbəkistan) tərəfindən “İpək Yolunda qeyri-maddi mədəni irs” mövzusunda birgə beynəlxalq vebinar keçirilib. Onlayn formatda təşkil olunmuş vebinarda tarixi İpək Yolu üzərində yerləşən ölkələrin qeyri-maddi mədəni irsinin inventarizasiyası, müştərək tədqiqi və qorunması sahəsində atılacaq addımlar müzakirə olunub. O cümlədən, bu istiqamətdə müxtəlif ölkələrdə aparılan fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması haqqında fikir mübadiləsi aparılıb.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayevin "МОТИВЫ МАХДИСТСКИХ ВЕРОВАНИЙ В РАННИХ ПЛЕМЕННЫХ РЕЛИГИЯХ" ("İLKİN QƏBİLƏ DİNLƏRİNDƏ MEHDİLİK İNANCININ MOTİVLƏRİ") adlı məqaləsi Bolqarıstan Respublikası, "South-West" (Cənub-Qərb) Universitetinin fəlsəfə və politologiya sahələri üzrə ixtisaslaşmış, "Erih Plus" indeksli "NOTABENE" elektron elmi jurnalında dərc edilib.
Məqalədə, ilkin qəbilə dinlərində xilaskarlıq inancının psixoloji, sosioloji, psixo-sosial və siyasi səbəbləri haqqında bəhs edilib, Şimali və Mərkəzi Amerikada mövcud olmuş aborogen xalqlarda və ilkin qəbilə dinlərində mehdilik anlayışı ilə bağlı inanclar təsviri-analitik metodlara riayət edilməklə işıqlandırılıb.
Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dissertantı, nəsimişünas, tədqiqatçı Vüsal Hətəmovun çoxsaylı titullarına biri də əlavə olundu. O, Vətən Müharibəsinin könüllü iştirakçısı, qalib zabitidir.
Dekabrın son günlərində xidməti başa vurub evinə dönən Vüsal Hətəmov oktyabrın 6-dan hərbi əməliyyatlarda iştirak edib, Füzulidən Laçına qədər döyüşüb. Laçın Vüsal Hətəmovun baba yurdudur. Qədim dostumuzla hərbi xidmətdən qayıtdıqdan sonra ayaqüstü söhbət edib, bir neçə sualımıza cavab aldıq.
