Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

04 Oktyabr 2019


AMEA akademik Z.M.Bünyadov adı­na Şərqşünaslıq İnstitutu oktyabrın 9-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək. Konfrans öz işinə saat 11:00-da AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında (H.Cavid prospekti 117) başlayacaq.

30 Sentyabr 2019

AMEA akademik Z.M.Bünyadov adı­na Şərqşünaslıq İnstitutunun “Mərkəzi Asiya ölkələri” şöbəsinin aparıcı el­mi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimovanın “Milli-ideoloji məsələlər konteks­tin­də Azərbaycan-özbək ədəbi əlaqələri” monoqrafiyası işıq üzü görüb.

Müstəqil respublikamızın ədəbi əlaqələrini, bu əlaqələrdə mil­li inkişaf xüsusiyyətlərini araşdıran T.Həşimovanın dörd fəsildən, on iki bölmədən ibarət monoqrafiyası elmi-nəzəri dəyəri, aktual­lı­ğı baxımından əhəmiyyətlidir. Zəngin tarixə malik Azərbaycan və özbək ədəbi əla­qələrini çoxsaylı faktlar və materiallar əsasında araşdırma ob­yek­tinə çevirən alim, müasir Azərbaycan və özbək poeziyalarının or­taq xüsusiyyətlərini, qarşılıqlı bədii tərcümə problemlərini, müstəqillik dövründə Azərbaycan və özbək xalqlarının ədəbiyyat­la­rı­nın nəzəri-tipoloji müqayisəsini, müstəqillik döv­rün­də qarşılıqlı ədəbi nəşrləri və digər elmi-ədəbi məsələləri diqqət mərkəzində saxlayır.

30 Sentyabr 2019

22-26 sentyabr 2019-cu il tarixində İranın Həmədan şəhərində UNESCO-nun Dünya İrs siyahısına İpək Yolu transmilli seriya nominasiyası Əlaqələndirmə Komitəsinin 6-cı toplantısı keçirilib. Tədbirdə tarixi İpək Yolu üzərində yerləşən 14 ölkənin və UNESCO, İCOMOS kimi bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Toplantının əsas məqsədi layihəyə üzv olan ölkələrdə İpək Yolu ilə bağlı tematik tədqiqatların genişləndirilməsi və təkmilləşdirilməsi məsələlərini müzakirə etməklə Dünya İrs siyahısına daxil olan abidələrin mövcud vəziyyətini gözdən keçirmək və üzv ölkələr tərəfindən bu sahədə İpək Yolu nominasiyalarının hazırlanmasında əldə edilən nailiyyətləri və qarşılaşılan problemləri dəyərləndirməkdən ibarət idi.

27 Sentyabr 2019

Sentyabrın 27-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqlərin mövzusu “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” olub.

 Şərqşünaslıq İnstitutunun Mülki müdafiə qüvvələrinin qərargah rəisi Namiq Abdullayevin keçirdiyi məşqlərdə İnstitutun mülki müdafiə qərargahı və mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib. İclası Şərqşünaslıq İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Səlimova açıb.

Download Template Joomla 3.0 free theme.