Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqi Anadolu ermənilərin qədim yurdu sayıla bilərmi? VƏ YA ƏSASSIZ ERMƏNİ İDDİALARI VƏ TARİXİ FAKTLAR
(İkinci hissə)
4-cü sual:
Doğrudanmı türklər 1890-cı ildən başlayaraq erməniləri məhv etməyə çalışırdı?
“Erməni məsələsi” əsasən XIX əsrin ikinci yarısından başlamışdır. Burada rus-türk müharibəsini (1877-78) və bu məsələni Avropada problem kimi qabardan Berlin Konqresini (1878) qeyd etməliyik. Faktiki olaraq məsələnin kökünü aydınlaşdırmaq üçün 1820-cı ildə Rusiyanın etdiklərinə qayıtmaq lazımdır. Çar Rusiyası məhz bu zaman Mərkəzi Asiyadan öz böyük yeni imperiya ekspansiyasına başladı və bu prosesə Çin sərhədlərində və Sakit okean boyu əsas türk xanlıqları cəlb edildi. Həmin vaxtı Rusiyanın imperiya ambisiyaları Cənuba, Osmanlı imperiyasına və açıq dənizlərə yol açmağa yönəlmişdi.
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu yaranan gündən türkoloji tədqiqatlara böyük önəm verir, Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyətinin tarixini, ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafını ətraflı araşdırır.
Tarix problemlərinə həsr olunmuş tədqiqatlar, istər orta əsrlər, istərsə də yaxın tarixi keçmiş və Türkiyə tarixinin ən yeni dövrünü əhatə etmişdir. Tarixçi alimlərimiz Türkiyədə milli-azadlıq hərəkatı, Türkiyə Respublikasında dünyəvilik prinsipinin bərqərar edilməsi, millətçilik ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin inkişafı, islam, müasir Türkiyədə müxtəlif ictimai-siyasi hərəkatlar problemlərinin öyrənilməsinə xüsusi diqqət yetirmişlər.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professorElman Quliyev qazax ədəbiyyatı və mədəniyyətinin tədqiqi və təbliğindəki xidmətlərinə görə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin “Təşəkkür məktubu” ilə təltif edilib.
Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyində keçirilən mərasimdə səfir Serjan Abdıkarimov “Təşəkkür məktubu”nu professor Elman Quliyevə təqdim edib.
Azərbaycanın görkəmli türkoloq alimi, AMEA akademik Ziya Bünyadiv adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdirif.ü.f.d. Esmeralda Həsənovanın əsərləri beynəlxalq müstəvidə müasir türkoloji problemlərin öyrənilməsində böyük əhəmiyyət kəsb edir və mənbə rolunu oynayır. Esmeralda Həsənovanın bu sahəyə dair yeddi monoqrafiyası və yüzlərlə elmi məqalələri müxtəlif dillərdə olmaqla ölkəmizdə, həmçinin Türkiyə, bir sıra Avropa və postsovet ölkələrində dərc edilib. Qeyd etmək lazımdır ki, E.Həsənovanın Türkiyənin tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı, din, millətçilik, din və dövlət müasibətlərinə dair yazdığı elmi tədqiqat əsərləri bir çox dünya şöhrətli alimlərin və dövlət xadimlərinin maraqını cəlb edib, bir sıra dissertasiya işlərində istinad kimi istifadə edilib.
