Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞI” JURNALININ NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

21 Dekabr 2021

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnal əsasən bu il 880 illik yubileyi qeyd edilən görkəmli Azərbaycan şairi Nizami Gəncəyə  həsr olunub. “Nizami-880” rubrikasında akademik Gövhər Baxşəliyevanın məqaləsində Nizami Gəncəvinin türk olmasına dair şairin öz yaradıcılığından sübutlar gətirilir, filologiya üzrə elmlər doktoru Mehdi Kazımov Cəmalinin “Xəmsə”yə nəzirəsindən bəhs edir, filologiya üzrə elmlər doktoruŞəfəq Əlibəyli “Xəmsə”də cəvahirat adlarının linqvopoetik təhlilini aparır, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva orta çağ şeirində “Məğzğnül-əsrar”a poetik-semantik müraciətlərdən yazır.

Özbəkistanlı alim, tarix elmləri namizədi Vera Muxamedjanova Azərbaycan və özbək xalqlarının tarixində Nizami və Nəvai şəxsiyyətindən bəhs edir. Filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramovanın məqaləsində dastan janrının “Xəmsə”də inikası, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin yazısında isə Nizami və irfan mövzusuna toxunulur. Bu bölümdə həmçinin Şərqşünaslıq İnstitutunda şairin yubileyi ilə əlaqədar keçirilən konfrans və seminarlar barədə məlumatlar dərc olunub.

Növbəti rubrikada Mustafa Kamal Atatürkün 140 illiyi ilə əlaqədar məqalələr çap olunub. Jutnalda həmçinin Bakı-Tbilisi-Qars dəmir yol xəttinə, Yunus İmrə yaradıcılığına, Abay Kunanbayevə, Suriyadakı siyasi böhrana, Şərqşünaslıq İnstitutunun tədqiqatlarına həsr olunmuş məqalələr, nəşr olunan yeni kitablar, institutda keçirilən tədbirlər, əməkdaşların iştirak etdikləri beynəlxalq konfranslar barədə məlumatlar da yer alır.

Download Template Joomla 3.0 free theme.