Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

17 May 2021

İraq Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi  Huthayfa Z.Mahmud mayın 17-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İraqlı diplomat Şərqşünaslıq İnstitutunun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib.

07 May 2021

Mayın 7-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi qeyd edilib. İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva tədbirdə çıxış edərək, Azərbaycan xalqının həyatında Ulu öndərin əvəzedilməz rolundan danışıb. G.Baxşəliyeva Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrünün ulu öndərin adı ilə sıx bağlı olduğunu və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunduğunu qeyd edib.

06 May 2021

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinini müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun Rusiyanın şərqşünaslıq sahəsində aparıcı nəşri olan və SCOPUS siyahasına daxil olan "Vostok-Oriens" jurnalıda elmi məqaləsi dərc olunub. Alimin “Taqı əd-Din əl-Məqrizinin "Kitab İğasat al-umma bi-kəşf əl-ğummə (Mömin icmasına fəlakət səbəblərinin izahı vasitəsi ilə yardım kitabı) əsərində dövlət və bazar münasibətləri" məqaləsi jurnalın 2021-ci il 2-ci buraxılışında çap olunub,

03 May 2021

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Avqust Bentonun "Səfərnamə" əsərinin Azərbaycan dilinə tərcüməsi çapdan çıxıb. Kitabı fars dilindən Azərbaycan dilinə Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov tərcümə edib.

Download Template Joomla 3.0 free theme.