Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

10 Mart 2021

Matrın 10-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Qadınlar Təşkilatının “Vətən müharibəsində ön və arxa cəbhədə fəal iştirak etmiş şərqşünaslar" mövzusunda tədbiri keçirilib.

Tədbiri açan İnstitutun Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazanlar sırasında Şərqşünaslıq İnstitutunun əməkdaşlarının da olduğunu deyib. X.Kərimova şərqşünasların bu qələbəyə öz paylarını həm ön cəbhədə vuruşaraq silahlarıyla, həm də Azərbaycan həqiqətlərini Şərq ölkələrinə, eləcə də Qərbin ərəbdilli informasiya vasitələri ilə bütün dünyaya yayaraq çıxışları və qələmləri ilə verdiklərini bildirib.

05 Mart 2021

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun Rusiyada nəşr olunan “Orientalistika” beynəlxalq elmi jurnalında “Xəlifə əl-Mütədidin hakimiyyəti dövrünə aid vergi zəmanəti müqaviləsi (892 il): Hilal əs-Sabinin "Kitab əl-Vüzara" əsərindən çıxarış” adlı məqaləsi dərc olunub. 

F.Əsədov Hilal əs-Sabinin "Kitab əl-Vüzara" (Vəzirlərin kitabı) əsərində təqdim edilən Xəlifə əl-Mütədidin hakimiyyəti dövrünə aid vergi zəmanəti müqaviləsinin mətnini ərəb dilindən tərcümə edib, müqavilə mətni ilə bağlı şərhlər verib və müqəddimə kimi xəlifə əl-Mütədidin taxta çıxması ilindəki xilafətdəki siyasi və iqtisadi vəziyyəti təqdim edərək, Abbasi xəlifələrinin dövründə vergilərin zəmanəti praktikasının yaranma səbəblərini araşdırıb.

04 Mart 2021

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov "Azərbaycanda müxtəlif din və mədəniyyətlərin sülh və əmin-amanlıq şəraitində mövcudluğu" mövzusunda vebinarda iştirak edib. Amerika Birləşmiş Ştatlarının Texas, Dallas Cənubi Metodiki Universitetləri, Azərbaycan Respublikasından ADA Universitenin  və AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimlərinin iştirak etdiyi vebinarın təşkilatçısı Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi  Cəmilə Cavadova-Spitsberq olub.

03 Mart 2021

     Martın 3-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə təşkil edilən tədbirlər çərçivəsində “Nizami və Şərq ədəbiyyatları” mövzusunda seminar keçirilib.
     Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, 2021-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib və bununla əlaqədar AMEA-da tədbirlər planlaşdırılaraq həyata keçirilir. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda da Nizami Gəncəvinin yaradıcılığına dair tədqiqatların aparılacağını, kitabların nəşr ediləcəyini, konfrans, elmi sessiya və seminarların keçiriləcəyini qeyd edib.

Download Template Joomla 3.0 free theme.