Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA BEYNƏLXALQ YUNUS ƏMRƏ SİMPOZİUMUNUN MATERİALLARI ÇAP OLUNUB

28 Yanvar 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçirilmiş “21-ci əsrdə Yunus Əmrəni anlamaq” mövzusunda Beynəlxalq Yunus Əmrə Simpoziumunun materialları çap olunub.

Yunus Əmrənin vəfatının 700-cü ildönümündə UNESCO tərəfindən elan edilmiş “Yunus Əmrə İli” münasibətilə keçirilmiş simpoziumun təşkilatçıları AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Mehmet Akif Ərsoy Vəqfi idi.

Dərc olunmuş topluda ümumilikdə simpoziumda dinlənilmiş 41 məruzənin tam mətni təqdim edilir. Azərbaycan alimlərindən akademik İsa Həbibbəylinin “Yunus Əmrə zirvəsi”, akademik Gövhər Baxşəliyevanın “Əsrlərdən günümüzə səslənən Yunus Əmrə”, Salidə Şərifovanın “Tərəkəmə-qarapapax ağzı”nda yazıb-yaratmış ədib: Yunus Əmrə”, Səadət Şıxıyevanın “Yunus və Nəsiminin “müştərək” şeirləri”, Rəna Rzayevanın “Yunus Əmrə mənəviyyatı”, Xuraman Hümmətovanın “Yunus Əmrə şeirində dünya modelinin poetik funksionallığı”, Barat Osmanovanın “Yunus Əmrə şeirlərində ilahi eşq” və s. məruzələrin mətnləri topluda dərc olunub.

 

Türkiyə alimlərindən  Mustafa Tatcının “Yunus Əmrəyə müqəddimə”, Leyla İpekçinin “Yunusça yaşamaq, sevmək və yaratmaq”, Nurullah Çətinin “Yunus Əmrədə birlik fikri”, Mustafa Özçelikin “Yunus Əmrə əfsanələrindəki mesajlar”, Tolqa Keskinin “Yunus Əmrədə məna dilinin inşasında iqtisadi metaforalar”, Özbəkistan alimlərindən Həmidullah Baltabayevin “Yunus Əmrə və özbək divan ədəbiyyatında xoca Əhmət Yəsəvinin təsirləri”, Züleyxa Rahmanovanın “Yunus Əmrə ilahiliyində mürşid obrazı”, Hülkaroy Baltabayevanın “Yunus Əmrə və Mehmet Akif Ərsoy əsərlərində mərifət qavramları” mövzularında məruzələrinin mətni oxuculara çatdırılır.

Download Template Joomla 3.0 free theme.