Qeyd olunur ki, hələ XX əsrin başlanğıcında Fransa prezidenti Raymon Puankarenin Azərbaycan xalqının qəddar düşməni, Zəngəzur və Qarabağda dinc əhaliyə qarşı qətliamlar törətmiş Andranik Ozanyanı “Şərəf Legionu Ordeni” ilə təltif etməsi bir çox mətləbdən xəbər verir. O da göstərilir ki, Fransa hakim dairələrinin Ermənistanı dəstəkləyən bəyanatlar verməsi Fransanın Minsk qrupundakı həmsədr statusuna ziddir. Həmçinin Fransadakı erməni lobbisi ölkənin iqtisadi-siyasi həyatında ciddi təsirə malikdir və Makron siyasi praqmatizm naminə Ermənistanı dəstəkləyən bəyanatlar verir.
Müsahibədə həmçinin Fransadan Ermənistana göndərilmiş “yardımlar” və Qarabağda hərbi əməliyyatlarda iştirak etməyə gəlmiş Fransa vətəndaşları, Fransa bələdiyyələrin terrorizmi maliyyələşdirən erməni fondlarına maliyyə yardımları haqqında danışılır.
https://arabi21.com/story/1312926/%D9%85%D8%A4%D8%B1%D8%AE-%D8%A3%D8%B0%D8%B1%D9%8A-%D8%AF%D8%B9%D9%85-%D9%81%D8%B1%D9%86%D8%B3%D8%A7-%D9%84%D8%A3%D8%B1%D9%85%D9%8A%D9%86%D9%8A%D8%A7-%D8%AA%D8%B9%D9%88%D8%AF-%D8%AC%D8%B0%D9%88%D8%B1%D9%87-%D9%84%D8%B9%D9%87%D8%AF-%D8%A7%D9%84%D8%AF%D9%88%D9%84#section_338