Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

08 Noyabr 2021

    4-5 noyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində Alman Tarix İnstitutu və onun Polşa və Çexiyadan olan elmi tərəfdaşları ilə birgə təşkil etdiyi “Modern dövrə qədərki  zamanlarda qeyri-bərabər regional inkişaf: “Gənc Avropa” transkontinental şəbəkələrdə” mövzusunda beynəlxalq konfrans keçirilib.

    Konfransın əsas məqsədi orta əsrlərin sonunda dünyanın müxtəlif regionlarının inkişafında meydana çıxan yeni meyllərinin təsirilə Qərbi Avropanın sosial və texnoloji yüksəlişi və bu transformasiyaların qlobal tarixin sonrakı gedişatını müəyyənləşdirməsi fenomeninin yeni konsepsiyalar çərçivəsində dəyərləndirilməsindən ibarət idi.

06 Noyabr 2021

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova “Juárez Autónoma de Tabasco” Universitetinin elmi dəstəyi ilə Meksikada keçirilən Beynəlxalq Latın Amerikası Sosial və Bəşəri Elmlər Konfransında iştirak edib.

Konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas “Ərəb mühacirlərin Amerika arzuları” adlı məruzə ilə çıxış edib.

06 Noyabr 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi noyabrın 5-də İkinci Fəxri xiyabana gələrək, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət edib. Şərqşünas alimlər Zəfər Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.

01 Noyabr 2021

       AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Nemətzadənin Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Səbirə Nemətzadə ilə həmmüəlliflikdə “Türk-İslam əlyazma sənətləri dinin tarixi və fəlsəfəsi aspektində” adlı məqaləsi Rusiyada nəşr edilən, Web of Science, Scopus və digər nüfuzlu beynəlxalq bazalara daxil olan “Voprosı istorii” jurnalında dərc edilib.

Download Template Joomla 3.0 free theme.