Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayevanın “Challenges of contemporaneity: postmodernity and multikulturalizm” (Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm)” adlı kitabı dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən 2021-ci ildə “SpringerLink Religion and Philosophy” elektron kitablar kolleksiyasına daxil edilib. R.Rzayevanın bu kitabı qlobal oxucu kütləsi tərəfindən əldə edilir. Qeyd edək ki, kitabın elektron versiyası nəşr olunduqdan sonra 4682 dəfə endirilib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü noyabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Mədəniyyətlərarası dialoq” 20-ci Beynəlxalq elmi simpoziumda onlayn şəkildə iştirak edib.
Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Çindən 67 alimin qatıldığı simpoziumda azərbaycanlı şərqşünas “Məhəmməd Füzulinin ərəbcə şeirləri klassik ərəb poeziyası kontekstində” mövzusunda məruzə edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı görkəmli gürcü filosofu, ictimai xadim, professor Mixeil Maxaradzenin 75 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda zoom vasitəsi ilə iştirak edib. Gülər Qafqazlı konfransda “XIX-XX əsrlərdə Borçalı zadəganları” mövzusunda məruzə edib.
Azərbaycanla yanaşı Gürcüstanın tarixində mühüm rol oynayan Borçalı zadəganlarına həsr olunmuş məruzədə görkəmli zadəgan ailəsinin nümayəndələrindən Emin ağa Acalov, İsrafil ağa Acalov, Nayvəli oğulları, Ağa bəy Yadigarov və s.-nin fəaliyyətləri işlqlandırılıb.
Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin kiçik elmi işçisi Fidan Nəsirova bir neçə beynəlxalq konfransda iştirak edib. F.Nəsirova oktyabrın 10-da Ankarada (Türkiyə) keçirilən “İCESSER” II Beynəlxalq sosial elmlər, iqtisadiyyat, idarəetmə və təhsil tədqiqatları konfransında “Aləmə xəzinələr saçdı Gəncədən, beş xəzinə yaratdı xalis incidən” adlı məruzə ilə çıxış edib. Məruzədə ədəbi-bədii düşüncənin məcrasını dəyişən, Nizami yaradıcılığının zirvəsi sayılan “Xəmsə”nin Şərq ədəbiyyatına təsir dairəsindən, müxtəlif zamanların məşhur söz ustadlarının ilham mənbəyinə çevrilmiş bu ölməz sənət əsərinə yazılmış nəzirələrdən söhbət açılıb, Bu ədəbi məktəbin Əmir Xosrov Dəhləvi, Xacu Kirmani, Əbdürrəhman Cami, Əşrəf Marağalı, Əlişir Nəvai kimi davamçılarının yaratdıqları “Xəmsə”lərin özünəməxsus, fərqli xüsusiyyətləri qabardılıb.
