Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Bakı Avrasiya Universitetinin dissertantı Qumru Şəhriyarın filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün tədqim etdiyi “”Edigey” dastanının variantları və tipologiyası” (5719.01- Folklorşünaslıq ixtisasları və 57171.01 – Türk xalqları ədəbiyyatı) adlı dissertasiya işinin BED 1.18 Dissertasiya Şurası üzrə Elmi seminarının müzakirəsi 24 yanvar 2022-ci il saat 12:00-da keçiriləcəkdir.
Elmi seminara aşağıdakı link vasitəsilə qoşulmaq mümkündür:
https://us02web.zoom.us/j/5403191005?pwd=cWtHMWF5UmRpOVhRc0xDcmkxeGt3Zz09
Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı, fil.ü.f.d, dos. Elmira Məmmədova-Kekeçin filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Türk xalqları ədəbiyyatında vücudnamələr: arxitektonikası və məzmun özəllikləri” (57171.01 – Türk xalqları ədəbiyyatı və 5719.01- Folklorşünaslıq ixtisasları) adlı dissertasiya işinin BED 1.18 Dissertasiya Şurası üzrə Elmi seminarının müzakirəsi 24 yanvar 2022-ci il saat 11:00-da keçiriləcəkdir.
Elmi seminara aşağıdakı link vasitəsilə qoşulmaq mümkündür:
https://us02web.zoom.us/j/5403191005?pwd=cWtHMWF5UmRpOVhRc0xDcmkxeGt3Zz09
Yanvarın 19-da Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı və Göyçay nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Müasir gənclik 20 Yanvar qəhrəmanlarının varisi kimi” adlı onlayn konfrans keçirilib.
Konfrans 20 Yanvar şəhidlərinin yad edilməsi ilə başlayıb. Konfransın qonaqları AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun rəhbəri, gənc alim Şəfa Mövsümovun çıxışları dinlənilib.
