Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM ATATÜRK UNİVERSİTETİNİN SİMPOZİUMUNDA

27 Mart 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı martın 25-də Türkiyənin Atatürk Universitetinin təşkil etdiyi “Beynəlxalq sosial elmlərdə qadın araşdırmaları” adlı  simpoziumda iştirak edib.

 

Şərqşünas alim simpoziumda “XX əsrin əvvəllərində Azərbaycanın maarifçi qadınları” adlı məruzə edib. Məruzədə XX əsrin əvvəllərində Azərbaycanda açılan qız məktəbləri, qadın xeyriyyə cəmiyyətləri barədə məlumat verilib. Daha sonra G.Qafqazlı  Həsən bəy Zərdabinin yoldaşı olan azərbaycanlı maarifçi qadını Hənifə xanım Məlikova, ilk ana dili müəllimi olan Şəfiqə xanım Əfəndizadə, Moskvada "Qızıl meydan"da rus dilində çıxış etmiş türk-müsəlman qadını Məryəm xanım Bayraməlibəyova və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin ilk məzunlarından olan Nazlı xanım Nəcəfova barədə danışıb. Məruzədə qeyd edilib ki, azərbaycanlı qadınlarının bəziləri ağır şiddət görməsi, sürgün həyatı yaşaması, övladlarının üzünə həsrət qalmasına baxmayaraq qız uşaqlarının təhsil və təlim alması üçün əllərindən gələni etmiş və istəklərinə həyatları bahasına da olsa, nail ola bilmişlər.

Download Template Joomla 3.0 free theme.