Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov açıq elan etdiyi tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, "M.Ə.Rəsulzadə Ev-Muzeyi" İctimai Qrupunun təşkilat komitəsinin rəhbəri, təqdim edilən kitabın redaktoru prof. Solmaz Rüstəmova-Tohidi, AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, filologiya elmləri doktoru Vilayət Quliyev, professor Hamlet İsaxanlı, Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov və digər tədbir iştirakçıları çıxış edərək tədbirin əhəmiyyəti və M.Ə.Rəsulzadə danışıblar, kitabın tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacağını qeyd ediblər.
Qeyd edək ki, kitabda Azərbaycan , Türkiyə, ABŞ, Almaniya, Fransa, İran, İsveç, Polşa, Rusiya, Şimali Kipr Türk Respublikası, Ukrayna alim və tədqiqatçılarının elmi və publisistik məqalələri təqdim edilir. Beş bölümündən ibarət olan kitabda “I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” adı ilə iki ildən bir keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar silsiləsindən 2020-2022-ci illəri əhatə edən “I Beynəlxalq Rəsulzadə Qiraətləri”nin materialları toplanıb.