Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK ŞAHİN MUSTAFAYEV QAZAXISTANDA BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB

19 Aprel 2021

Bu ilin mart ayının 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə Qazaxıstan Respublikasının ərazisində yerləşən Türküstan şəhəri Türk dünyasının mənəvi mərkəzlərindən biri elan edilib. Tarixən Türküstan şəhəri burada dəfn olunan böyük din və təsəvvüf xadimi, müasirləri və xələfləri arasında “pir-i Türkistan” və “həzrət-i Türkistan” adlandırılan, Orta Asiyadan Anadoluya qədər regionda geniş yayılan “Divan-i Hikmət” adlı fəlsəfi-mənəvi şeirlər toplusunun müəllifi Xoca Əhməd Yəsəvinin məzarı ilə şöhrət qazanıb. XIV əsrin sonlarında Əmir Teymur tərəfindən bu şəxsin məzarı üzərində möhtəşəm məqbərə kompleksi ucaldılıb.

 

      Aprel ayının 13-15-də Türküstan vilayətinin rəhbərliyi və Qazaxıstan EA A.Marqulan adına Arxeologiya İnstitutunun təşəbbüsü ilə bu şəhərin tarixi yaşının müəyyənləşdirilməsinə həsr olunan beynəlxalq elmi-praktik sessiya təşkil edilib. Bu tədbirdə iştirak etmək üçün Rusiya, ABŞ və digər ölkələri və bir sıra beynəlxalq təşkilatları təmsil edən tanınmış alim və ekspertlər dəvət olunmuşdu. Tədbirdə Azərbaycanı AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. Xoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin binasında baş verən dəyirmi masada alimlər Türküstanın tarixi yaşının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələr və fikir mübadiləsi aparıb və yekun bəyannamə imzalayıblar. Bundan əlavə, xarici qonaqlar şəhər ərazisində aparılan iri miqyaslı arxeoloji qazıntılar və onların nəticələri ilə tanış olublar. Akademik Şahin Mustafayev yeni açılmış müasir tipli Türküstan Milli Kitabxanasında yerli və xarici alimlər və tələbələlər qarşısında “İpək Yolu  və Azərbaycanın tarixi” mövzusunda məruzə ilə çıxış edib.

 

Download Template Joomla 3.0 free theme.