Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM “20 YANVAR - AZADLIĞIMIZIN BAŞLADIĞI YER” MÖVZUSUNDA ELMİ SEMİNARDA

18 Yanvar 2022

     Yanvarın 18-də Bakının 90 saylı tam orta məktəbində fəaliyyət göstərən ''Kiçik Akademiya''nın Tarix kafedrasının təşəbbüsü ilə  “20 Yanvar - Azadlığımızın başladığı yer” mövzusunda elmi seminarda AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı işrirak edib.

     Konfransı giriş sözü ilə açan məktəb rəhbəri Svetlana Nəbiyeva 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsi olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan min illərlə böyük mübarizə yolu keçib, lakin bu şanlı mübarizədə neçə-neçə şəhidlərimiz olub. 20 Yanvar şəhidləri də onların arasında yer alır.

 

     Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Daha sonra seminara qonaq qismində qatılan Sübhan Talıblı mövzu ilə bağlı şagirdlər qarşısında geniş və maraqlı çıxış edib. O bildirib ki,həmin dövrdə Ittifaq böhran keçirirdi, diqqəti başqa yerə yönəltmək üçün etnik münaqişələri alovlandırırdı. Qərbi azərbaycanlıların deportasiyası, Qarabağda baş verənlər sadəcə fikri yayındırmaq cəhdləri idi və azərbaycanlılar məsələni çox yaxşı anlayırdılar.Əslində Bakıda Moskva ilə Azərbaycan xalqının qarşıdurması yaşanırdı.

     Daha sonra Azərbaycan Dillər Universitetinin tələbəsi, gənc könüllü Səma Vahabzadə,11-c sinif şagirfi Alıyev Kənan,11-a sinif şagirdi Əliyeva Nəzrin mövzu ilə çıxış ediblər. Seminar şagirdlərin tarixçi-alimlə maraqlı diskussiya və müzakirələri fonunda yekunlaşıb.

Download Template Joomla 3.0 free theme.