Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

30 İyun 2022

AMEA-nın akad. Z.M.Bünyadov adına  Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin  aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə iyunun 25-də İsveçin paytaxtı Stolkholmda keçirilən və Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan “Yol ver Türkün bayrağına! ” adlı XXVII Beynəlxalq elmi konfransda onlayn şəkildə iştirak edib.

30 İyun 2022

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə yazdığı “Azerbaycan ordusunun tarihinə bir bakış” adlı məqaləsi Türkiyənin 70-dən artıq sayt, qəzet və informasiya agentliklərində nəşr olunub. Bu sırada turknewsgazetesi.com1453kralmedya.comekonomikgazete.comefsanegazete.comyeniekipgazetesi.comsunucugazetesi.comglobalgazetesi.comgorevgazetesi.comorduhakimiyet.com və s.-ni qeyd etmək olar.

24 İyun 2022

30 iyun 2022-ci il saat 14.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

24 İyun 2022

28 iyun 2022-ci il saat 14.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

Download Template Joomla 3.0 free theme.