Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

11 Noyabr 2022

Ötən əsrin sonlarında Sovet İttifaqının süqut etməsi ilə dünyada baş verən geopolitik təbəddülat və qarma-qarışıq vəziyyəti fürsət bilən erməni hərbi-siyasi qruplaşmalarının terrorçu və işğalçı addımları Azərbaycan ərazisinin təxminən 20 faizinin itirilməsi ilə nəticələndi. Məlumdur ki, 30 il Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri qanunsuz fəaliyyət üçün istifadə edilirdi. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini, təbii sərvətlərini talan etmək və bu cinayətə xarici şirkətləri cəlb etməklə işğal faktını bərqərar etməyə çalışır və işğalçı rejimin dünya ictimaiyyəti tərəfindən tanınacağına ümid bəsləyirdi.

11 Noyabr 2022

Noyabrın 10-da AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Səudiyyə Ərəbistanının Beynəlxalq İran Araşdırmaları İnstitutunun direktoru Mohammed Alsulami ilə görüş keçirilib.

Səudiyyəli alim ilk olaraq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

11 Noyabr 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri akademik Şahin Mustafayev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı noyabrın 10-da Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun keçirdiyi "Bartold qiraətləri" adlı beynəlxalq konfransda onlayn iştirak ediblər.

06 Noyabr 2022

Son vaxtlar İranın regional siyasətinin əsas istiqamətləri sırasında Qafqaz ölkələri ilə bağlı müddəalar ön sıraya keçib. Azərbaycanın Vətən müharibəsində işğalçı Ermənistanı məğlub edərək ərazi bütövlüyünü bərpa etməsinin Cənubi Qafqazda yaratdığı yeni reallıqlar İranın ölkəmizə qarşı siyasətində anlaşılmaz və zərərli nüanslar aşkara çıxarıb. 

Download Template Joomla 3.0 free theme.