Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə mərkəzi Malayziyada yerləşən “ARİD” platforması arasında Memorandum imzalanıb.
Sənədə əsasən təhsil və akademik əməkdaşlıq sahəsində birgə layihələr, proqramlar həyata keçirilə, təlim kursları təşkil edilə, məsləhət və mübadilə xidmətləri göstərilə bilər.
İyulun 4-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli publisist, teatrşünas, salnaməçi Qulam Məmmədlinin 125 illik yubileyinə həsr olunmuş “Qulam Məmmədlinin yaradıcılığında Cənubi Azərbaycan mövzusu” adlı elmi sessiya keçirilib.
Azərbaycanda ibrişünaslıq üzrə dəyərli tədqiqatları və tərcümələri ilə tanınan mütəxəssis – AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov bu sahəyə yeni əhəmiyyətli töhfəsini vermək ərəfəsindədir.
Tanınmış tarixçi alim Hüseyn Dəlilinin şəxsi arxivində olan kitab və əlyazmaların bir qismi AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuna təqdim edilib. Bu münasibətlə iyunun 28-də Şərqşünaslıq İnstitutunda tədbir keçirilib.
