Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

24 Noyabr 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şuşa ilinin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhəri 28 illik işğaldan sonra 2020-ci ilin 8 noyabrında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra şəhərdə infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına, Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin həyata keçirməsinə başlanıldı.

20 Noyabr 2022

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri fəl.ü.f.d. Elnur Mustafayev noyabrın 19-da İraq Respublikasının paytaxtı Bağdad şəhərində Azərbaycan Respublikasının İraqdakı Səfirliyi, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-İraq dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən  "Şuşa Azərbaycanın incisidir" mövzusunda tədbirdə iştirak edib.

20 Noyabr 2022

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin kiçik elmi işçisi Əzizə İsmayılova noyabrın 18-də Türkiyənin Qars şəhərində keçirilmiş  II Beynəlxalq Qars alimləri və ədəbiyyatçıları simpoziumunda iştirak edib. Şərqşünas alim simpoziumda “Curci Zeydanın Azərbaycan türkcəsinə çevrilmiş tarixi romanları” adlı məruzə ilə çıxış edib.

20 Noyabr 2022

Qonşu İranda son vaxtlar baş verən kütləvi narazılıqıarın və keçirilən etiraz aksiyalarının bir səbəbi də ölkədə on illər boyu hökm sürmüş milli-etnik ayrı-seçkilikdir. Pəhləvilərin şahlıq rejiminin dövlət siyasəti səviyyəsinə yüksəltmiş olduğu milli ədalətsizliyin 1979-cu il inqilabından sonra da müxtəlif formalarda davam etdirilməsinin dözülməz məngənəsində sıxılan, milli hüquqları bütünlüklə tapdalanan, ölkənin ən böyük toplumu olan türkdilli əhalidir.

Download Template Joomla 3.0 free theme.