Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

25 Oktyabr 2022

Oktyabrın 26-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türk ədəbiyyatının görkəmli nümayəndəsi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.
“Nazim Hikmət - 120” adlı konfrans öz işinə AMEA-nın əsas binasındakı Akt zalında saat 11:00-da başlayacaq

25 Oktyabr 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən “Qlobal münaqişələr və dünya müharibələri: tarix və müasirlik” adlı kofransda iştirak edib. Şərqşünas alim konfransda “Yaxın Şərqin problemləri və beynəlxalq təşkilatların ikili standartları” mövzusunda  məruzə edib.

25 Oktyabr 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçi, t.ü.f.d. Namiq Məmmədov oktyabrın 20-22-də Türkiyənin Van 100-cü il Universiteti tərəfindən təşkil olunan Beynəlxalq Türkoloji Araşdırmalar Simpoziumunda iştirak edib. Simpoziuma ZOOM platforması vasitəsilə qatılan şərqşünas alim ingilis dilində "Ədalət və inkişaf partiyasının hakimiyyəti illərində Türkiyədə demokratiya və dövlət idarəetməsi islahatları (2002-2015)" mövzusunda məruzə edib.

25 Oktyabr 2022

Oktyabrın 22-də Qazaxıstanın Almatı şəhərində bu ölkənin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Yeni Qazaxıstan və Şərq dünyası: əməkdaşlığın tarixi, gələcəyi və cari məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda onlayn şəkildə AMEA-nın vitse-prezidenti v.i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva, İnstitutun Mərkəzi Asiya şöbəsinin əməkdaşları – aparıcı elmi işçi, h.ü.f.d. Rauf Qarayev və elmi işçi Dilbər Hüseynli iştirak ediblər.

Download Template Joomla 3.0 free theme.