Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

02 Dekabr 2022

22 dekabr 2022 ci il saat 14.00 da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 şurasının nəzdində yaradılmış BFD 1.18 Birdəfəlik Dissertasiya şurasın iclasında 5713.01 – Sami dilləri ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

02 Dekabr 2022

XIX əsrin əvvəllərində tarixi Azərbaycan ərazisini  2 yerə bölmüş Rusiya işğalından sonra Arazın bu tayında dövlətçiliyini itirmiş xalqımız milli-mənəvi varlığını qorumaq, bəşəri tərəqqi ilə ayaqlaşmaq və süverenliyini bərpa etmək üçün davamlı mübarizə aparmışdır. Milli oyanış və maarifçilik, demokratik hərəkat və istiqlal mücadiləsi kimi prosesləri əhatə edən bu savaşda toparlayıcı platforma olaraq yaranmış azərbaycançılıq dünyabaxışı XX əsrin son onilliyində dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının milli ideologiyası səviyyəsinə yüksəlmişdir.

01 Dekabr 2022

Azərbaycanın 2020-ci ilin payızında apardığı Vətən müharibəsi ilə 30 ildən bəri pozulmuş ərazi bütövlüyünün bərpa etməsi sözdə özünü  “İslam aləminin himayədarı” elan etmiş qonşu İranın rəhbərliyini nəinki sevindirməmiş, əksinə, dərindən kədərləndirmiş və təcavüzkar Ermənistanın məğlubiyyətinə anlaşılmaz bir yas tutulmuşdur. 

01 Dekabr 2022

Noyabrın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş “Hüseyn Cavid yaradıcılığı Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri kontekstində” mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi qeyd edilir və bu münasibətlə Şərqşünaslıq İnstitutu ədibin yubileyinə həsr olunmuş və Hüseyn Cavid yaradıcılığının Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrində roluna dair elmi sessiya keçirir.

Download Template Joomla 3.0 free theme.