Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Roida Rzayeva 5-7 sentyabr 2022-ci il tarixində Beynəlxalq Sosial və İqtisadi Elmlər İnstitutunun Türkiyənin İstanbul şəhərində təşkil etdiyi IISES Beynəlxalq Akademik Konfransda iştirak edib.
27 sentyabr 2022-ci il saat 14.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01– Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
Azərbaycan elminə ağır itki üz verib. Tanınmış şərqşünas alim, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, professor İnqilab Əlibəyov sentyabrın 1-də ömrünün 92-ci ilində dünyasını dəyişib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı elm və mədəniyyət xadimlərinin mükafatlandırılması ilə bağlı Fərman imzalayıb.
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri akademik Şahin Mustafayev, həmçinin Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.
