Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Sentyabrın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.
Sentyabrın 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib.
İclasda ilk olaraq, Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dekabr 14-15, 2022
Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
2022-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin yaradılmasının 100 illiyi tamam olur. Şərqşünaslıq fakültəsi mövcud olduğu bir əsr boyunca Azərbaycanda şərqşünas kadrların hazırlanması və şərqşünaslığın bir elm sahəsi olaraq təşəkkülü və inkişafına misilsiz töhfələr vermiş, şərqşünaslıq fakültəsinin yetirmələri ölkənin ədəbi-mədəni və ictimai-siyasi həyatının ən müxtəlif sahələrində uğurla fəaliyyət göstərmişlər.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Tehranda yayımlanan “Xudafərin” jurnalında “Azərbaycanın tarixi-maddi mənəvi abidələri erməni işğalı altında” adlı məqaləsi dərc olunub.
