Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alimin qatıldığı konfransda son günün bölmə iclaslarında “N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində qadın obrazları”, “Azərbaycanlı şairə Heyran xanım”, “Orhan Vəli Kanıkın şeirlərində qadın”, “Güneyimizin dünyaca ünlü Fəriba Vəfiisi”, “Gövhər Ağa və xeyriyyəçilik fəaliyyətləri (vəqfnaməsi əsasında)”, “Orta əsrlər müsəlman dünyasında qadın: hökmdar yaxud “əsir”, “Səmavi dinlərdə ana haqqı anlayışı və səciyyəvi xüsusiyyətləri”, “Azərbaycanlı diplomat qadınlar”, “Elm və təhsildə Azərbaycan qadınının rolu” və s. mövzularda maraqlı məruzələr dinlənilib.

