Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

04 İyun 2022

30 iyun 2022-ci il saat 14.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

04 İyun 2022

28 iyun 2022-ci il saat 14.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

04 İyun 2022

İyunun 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkiyəli alimlər – Ankara Yıldırım Bəyazit Universitetinin İslam elmləri fakültəsinin ərəb dili bölümünün professoru dr. Yaqub Civelek və İstanbul Yıldız Universitetinin professoru dr. Süleyman Doğanla görüş keçirilib.

Türkiyəli alimlər ilk öncə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatlar barədə ətraflı məlumat verib.

04 İyun 2022

AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Respublika günündə 44 günlük Vətən Müharibəsində ön cəbhədə iştirak etmiş Akademiya əməkdaşları ilə AMEA-nın prezidenti v.i.e Akademik cənab Arif Həşimov ilə görüş olub. Görüşdə Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi, Vətən Müharibəsi iştirakçısı Pərviz Ağayev də iştirak edib.

Download Template Joomla 3.0 free theme.