Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 İyun 2022

03 iyun 2022-ci il saat 12.00-da Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Məzahir qızı Bayramovanın 5718.01 – Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı) ixtisası üzrə “Ərəb ədəbiyyatında sirə janrı” mövzusunda elmlər doktorluğu üzrə dissertasiya işinin institutun Ərəb filologiyası və Mənbəşünaslıq və yazılı abidələrin  tədqiqi və nəşri şöbələrinin birgə iclasında ilkin müzakirəsi keçiriləcək.

27 May 2022

28 iyun 2022-ci il saat 14.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

27 May 2022

30 iyun 2022-ci il saat 14.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

 

18 May 2022

Mayın 18-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa” mövzusunda elmi konfrans keçirilib.

 AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında baş tutan konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhəri 28 illik işğaldan sonra 2020-ci ilin 8 noyabrında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildikdən dərhal sonra şəhərdə infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına, Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin həyata keçirməsinə başlanıldı.

Download Template Joomla 3.0 free theme.