Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlər “1918-ci il Azərbaycanın bölgələrində azərbaycanlıların soyqırımı” mövzusunda elmi konfransda məruzə ediblər

29 Mart 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı və həmin şöbənin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri AMEA Lənkəran Regional Elmi Mərkəzinin Quba Soyqırımı Memorial Kompleksi ilə birgə Zoom platforması vasitəsilə təşkil etdiyi “1918-ci il Azərbaycanın bölgələrində azərbaycanlıların soyqırımı” mövzusunda elmi konfransda iştirak ediblər.

 

Konfransda Sübhan Talıblı “1918-ci il Neftçalada soyqırımı”, Həsən Səfəri “1918-ci ildə Urmiyada azərbaycanlıların soyqırımı” mövzularında məruzə ediblər. Natiqlər qeyd ediblər ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər. Şərqşünas alimlər Neftçalada və Urmiyada azərbaycanlılara qarşı törədilən soyqırım barədə konkret faktlara və sənədlərə əsaslanaraq ətraflı məlumat veriblər.

 

Download Template Joomla 3.0 free theme.