Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

04 Avqust 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı və institutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəl.ü.f.d. Leyla Məlikova 1-6 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci İslam Forumunda iştirak edirlər.

30 İyul 2022

Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı digər sahələr kimi elmin də qarşısında mühüm vəzifələr qoyur.

Bunu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva söyləyib.

14 İyul 2022

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Tehranda yayımlanan “Xudafərin” jurnalında “Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı” adlı məqaləsi nəşr olunub. Məqalədə I və II Qarabağ müharibəsi zamanı mülki və hərbi əsirlərlə rəftara əsasən Ermənistan dövlətinin bir daha təcavüzkar və terror dövləti olduğu tarixi fakt və sənədlərə istinad edilərək elmi cəhətdən sübut edilir.

14 İyul 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə mərkəzi Malayziyada yerləşən “ARİD” platforması arasında Memorandum imzalanıb.

Sənədə əsasən təhsil və akademik əməkdaşlıq sahəsində birgə layihələr, proqramlar həyata keçirilə, təlim kursları təşkil edilə, məsləhət və mübadilə xidmətləri göstərilə bilər.

Download Template Joomla 3.0 free theme.