Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

14 İyun 2022

Heydər Əliyev müasir Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir ki, Azərbaycanın tarixinin 40 ili onun adı ilə bağlıdır. Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür.İyunun 15-i xalqımız tarxində qurtuluş tarixi kimi qeyd olunmasında, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyev iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan edildi.

14 İyun 2022

İyunun 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ölkəmizin 90-cı illərin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışaraq, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində ölkədə hərc-məcliyə, xaosa son qoyulduğunu,  qeyd edib.

13 İyun 2022

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov iyunun 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Gürcüstanlı qonaq AMEA-nın vitse-prezidenti v.i.e, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

12 İyun 2022

AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin elmi işçisi, f.ü.f.d Ülkər Səmədova 7 -10 iyun tarixlərində keçirilən və Azərbaycan, Türkiyə, İran, İndoneziya, İraq, Malaziya alimlərinin qatıldığı III Qarabağ beynəlxalq ictimai və humanitar elmlərdə müasir araşdırmalar konqresində iştirak edib.

Download Template Joomla 3.0 free theme.