Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

30 Oktyabr 2023

Oktyabrın 27-29-da Türkiyədə “I Beynəlxalq sosial və humanitar elmlər konfransı” keçirilib. Konyanın Beyşehir Selcuklu Universiteti tərəfindən təşkil edilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları – aparıcı elmi işçilər, filologiya  üzrə fəlsəfə doktorları Aygün Əlizadə, Vüqar Məmmədov və elmi işçi İbrahim Bağırov onlayn şəkildə iştirak ediblər.

30 Oktyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkan Mehdiyevanın “Görkəmli Suriya yazıçısı Ğadət əs-Səmman yaradıcılığının Azərbaycan ədəbiyyatı kontekstində təhlili” adlı məqaləsi Ukraynada  “Scientific notes of V.I.Vernadsky Taurida National University” jurnalının filologiya və jurnalistika seriyasında ingilis dilində dərc olunub.

29 Oktyabr 2023

2023-cü il oktyabrin 29-da bəşər tarixində çox əlamətdar hadisə - Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu, bütün türk xalqları tarixində, eləcə də bütöv müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş yaratmış böyük hadisədir. Belə ki, məhz bu gün Türkiyə Böyük Millət Məclisi Cümhuriyyətin yarandığını elan etdi. Bu, türk milləti və Türkiyə Cümhuriyyəti uğrunda ölüm-dirim savaşı aparan mücahidlərin böyük zəfəri, Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlərin üzərində inamlı qələbə idi.

28 Oktyabr 2023

AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərdən biri də ölkə başçısının 28 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən hazırlanmış “Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı”nın təsdiq edilməsi haqqında olub.

Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında akademik Ziya Bünyadovun tarixi xidmətləri olduğunu deyən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli sözügedən Sərəncamın dövlət başçısının Akademiyaya diqqət və qayğısının növbəti təzahürü olduğunu bildirib.

Download Template Joomla 3.0 free theme.