Sevinc Nuriyeva seminarda şumerlərin mədəniyyəti haqqında geniş məlumat verib, ilk yazı sistemi mixi yazılar və yazılı abidələrdən nümunələri sistemli şəkildə təhlil edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün seminarlar davam edir.
Aprelin 3-də keçirilən növbəti seminar “Şumer mədəniyyəti və ədəbiyyatı haqqında ümumi məlumat. Şumer məktəb mətnləri” mövzusunda olub. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü seminarın mövzusu haqqında məlumat verərək məruzə üçün sözü Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevaya verib.