Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda Daşkənd İqtisadi və Pedaqoji Universitetinin prorektoru ilə görüş keçirilib

06 Fevral 2026

Daşkənd İqtisadi və Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Marufjon Yuldaşev fevralın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Professor M.Yuldaşev AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb.



Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri, fəaliyyəti, nəşrləri barədə danışan akademik Gövhər Baxşəliyeva institutda Özbəkistanla da bağlı tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, məqalələrin yazıldığını, konfranslarda məruzələrin edildiyini vurğulayıb.

Professor M.Yuldaşev Daşkənd İqtisadi və Pedaqoji Universitetin fəaliyyəti barədə məlumat verib.

Görüşdə müəssisələr arasında qarşılıqlı elmi əlaqələrin yaradılmasının və bu əsasda birgə tədqiqatlar aparılmasının, alimlərin qarşılıqlı elmi səfərlərinin təşkilinin hər iki tərəfə böyük fayda verəcəyi bildirib.

Download Template Joomla 3.0 free theme.