Müstənsəriyyə Universitetində keçirilən tədbirin açılış nitqində çıxış edən Kərkük Universitetinin professoru, doktor Nəbil Şahin Kifrili, İraq Xarici İşlər Nazirliyinin təmsilçisi Əli Qabbani, Müstənsəriyyə Universitetinin Hüquq fakültəsinin dekanı doktor Malik Mənsi əl-Hüseyni və professor Çoban Xıdır Azərbaycanda fəaliyyət göstərən Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun tərəfdaşlığı ilə hazırlanaraq Bakıda Azərbaycan və Bağdadda ərəb dillərində nəşr edilən bu kitabın zəngin tarixi keçmişə və özünəməxsus dil xüsusiyyətlərinə malik olan İraq türkmanlarının ana dilinin sistemləşdirilməsi istiqamətində atılmış mühüm və tarixi əhəmiyyətli addım olduğunu bildiriblər.
Daha sonra ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov, Azərbaycanın İraqdakı səfirliyinin müşaviri Elnur Məmmədzadə, Bağdad Universitetinin professoru Mahmud Çayırlı öz çıxışlarında son illər ərzində İraq türkmanları ilə Azərbaycan arasında həyata keçirilən çoxşaxəli tədbirlərin və layihələrin iki dövlət və xalq arasında münasibətlərin daha da inkişafına və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildiriblər.
Yekunda kitabın müəllifi Elnur Mustafayev çıxış edərək bu nəşrin İraq-türkman dilinin qrammatik bazasının sistemli şəkildə araşdırılaraq ümumiləşdirildiyi ilk fundamental elmi əsərlərdən biri olduğunu bildirib. Qeyd edib ki, akademik tədqiqatların nəticəsində ərsəyə gələn bu elmi əsər İraq-türkman dilinin qrammatik əsaslarının formalaşdırılması, eləcə də vahid ədəbi dil normalarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Şərqşünas alim tədqiqat zamanı Azərbaycan dili ilə İraqdakı türkmanların danışdığı dil arasında heç bir ciddi fərqin olmadığının bir daha aydın olduğunu, iki qardaş və doğma dilin bütün dil komponentləri, fonetik, morfoloji, sintaktik xüsusiyyətlərinin eyniyyət təşkil etdiyini bildirib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Bağdadda azərbaycanlı şərqşünasın kitabının təqdimatı keçirilib
Fevralın 13-də İraq Respublikasının paytaxtı Bağdad şəhərində AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” kitabının təqdimatı keçirilib.
