Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK ŞAHİN MUSTAFAYEV ALMANİYADA BEYNƏLXALQ ELMİ KONFRANSDA ÇIXIŞ EDİB

16 Dekabr 2019

Dekabrın 12-14-də Almaniyanın Leypsiq şəhərində Leypsiq Universitetinin təşkil etdiyi “Mədəniyyətlərarası transfer – Yeni nəzəriyyənin 35 illik təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın əsas məqsədi keçən əsrin 80-ci illərindən etibarən Fransa və Almaniyanın ictimai-humanitar elmlərində tətbiq edilməyə başlanan və “mədəni transfer” adı ilə müasir Qərb elmində geniş yayılan və populyarlıq qazanan yeni nəzəriyyə və tədqiqat metodologiyasının keçdiyi inkişaf yolunu dəyərləndirmək, onun gələcək perspektivlərini müzakirə etməkdən ibarət idi. Son illərdə qeyd olunan nəzəriyyə və tədqiqat metodologiyası Avropada Şərq cəmiyyətlərinə, o cümlədən Qafqaz və Azərbaycana aid araşdırmalarda da tətbiq edilməyə başlanıb.

 

Konfransın işində Almaniya, Fransa, Yunanıstan, Türkiyə, Livan, Çin, Vyetnam və digər ölkələrdən olan alimlər iştirak ediblər. Tədbirdə Azərbaycan elmini AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini akademik Şahin Mustafayev təmsil edib. Konfrans çərçivəsində o, “Azərbaycanın tarixi məkanının formalaşmasında İpək Yolunun rolu” adlı elmi məruzə ilə çıxış edib. Azərbaycan aliminin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Download Template Joomla 3.0 free theme.