Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK ŞAHİN MUSTAFAYEV YUNESKO-NUN İPƏK YOLU LAYİHƏSİ İLƏ ƏLAQƏDAR BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB

16 Fevral 2021

     Fevralın 15-də Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) təşəbbüsü ilə onlayn formatda beynəlxalq müşavirə keçirilib. Tədbirin əsas məqsədi 2005-ci ildən YUNESKO və üzv ölkələr tərəfindən həyata keçirilən İpək Yolu Transmilli Seriya Nominasiyası adlı layihənin gələcək perspektivlərinin beynəlxalq ekspertlər tərəfindən müzakirəsindən ibarət idi. Görüş iştirakçıları son illərdə layihəyə yeni ölkələrin qoşulduğunu və onun coğrafi sərhədlərinin genişləndiyini nəzərə alaraq, ICOMOS tərəfindən 2014-cü ildə tərtib edilmiş “Tematik tədqiqat”ın bir daha nəzərdən keçirilməsi və ona yeni fəsillərin əlavə edilməsi məsələsini müzakirə ediblər.

     Tədbirdə AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev də iştirak edib. Uzun illər İpək Yolunun tədqiqi sahəsində fəaliyyət göstərən və YUNESKO-nun İpək Yolu ilə bağlı layihələrində iştirak edən akademik ICOMOS tərəfindən bu müşavirəyə beynəlxalq ekspert kimi qatılmaq üçün dəvət almışdır. Görüşdə azərbaycanlı alim ölkəmizin İpək Yolu Transmilli Seriya Nominasiyası layihəsinə 2018-ci ildə rəsmi şəkildə qoşulduğunu qeyd edib. O, antik dövr və orta əsrlərdə Azərbaycan tarixinin İpək Yolu ilə sıx şəkildə bağlı olduğunu, Azərbaycan ərazisindən bir sıra mühüm beynəlxalq ticarət marşrutlarının keçdiyini və onların üzərində bu gün də dünya əhəmiyyətli tarixi abidələrin mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, ölkəmizin YUNESKO-nun bu önəmli layihəsində perspektivlərini yüksək qiymətləndirib.

Download Template Joomla 3.0 free theme.