Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

22 Sentyabr 2020

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Sentyabrın 14-də baş tutan iclas karantin dövrünün tələblərinə uyğun təşkil edilib.

Elmi Şuranın iclasında institut əməkdaşlarının çapa təqdim edilən kitabları müzakirə edilib, eyni zamanda bir sıra cari məsələlərə baxılıb.

Şərqşünaslıq İnstitutunun əməkdaşları karantin dövründə də səmərəli elmi fəaliyyətlərini davam etdirib, elmi plan işləri, məqalələri üzərində işləyib, bir neçə əməkdaş kitablarını çapa hazırlayıb. Belə kitablardan çapa hazırlanmış 4-ü Elmi Şurada müzakirə edilib. Bunlar institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlının “Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri (XVIII əsrin 20-ci illəri)”, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Yaxşıxanım Nəsirovanın “Osmanlı hakimiyyəti dövründə Urmiya və Xalxal bölgələri (XVIII əsrin 20-ci illəri)”, Təhsil şöbəsinin müdiri, f.ü.f.d. Lalə Bayramovanın ““Əyyamü-l-arab” cahiliyyə dövrü ərəb ədəbiyyatının abidəsi kimi” və Mərkəzi Asiya şöbəsinin aparıcı elmi işçisi, h.ü.f.d. Rauf Qarayevin “Postsovet dövründə Mərkəzi Asiyada təhlükəsizlik problemləri” adlı monoqrafiyalardır. Adları çəkilən kitablar Elmi Şura tərəfindən təqdir edilərək çap olunması məsləhət bilinib.

22 Sentyabr 2020

 

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Elman Quliyevin “Abay Kunanbayev” kitabı nəşr olunub. Elman Quliyevin Ankarada çapdan çıxan kitabı Abay Kunanbayevın anadan olmasının 175 illiyi ilə əlaqədar TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) sifarişi ilə hazırlanıb. “TÜRKSOY kitabxanası” seriyasından olan kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatı dəstəyi ilə TÜRKSOY tərəfindən Ankarada çap edilib.

21 Sentyabr 2020

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 14 sentyabr - 7 oktyabr 2020-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

01 İyul 2020

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” respublika elmi konfransına tezis qəbulunu davam etdirir.

 

Ölkədəki mövcud sanitar-epidemioloji vəziyyət və elmi ictimaiyyətin istəkləri nəzərə alınaraq konfransa tezis qəbulunun vaxtı iyulun sonunadək uzadılıb. Konfransda iştirak etmək istəyənlər tezislərini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərməlidir.

 

Konfrans Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçiriləcək.

Download Template Joomla 3.0 free theme.