Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” respublika elmi konfransına tezis qəbulunu davam etdirir.
Ölkədəki mövcud sanitar-epidemioloji vəziyyət və elmi ictimaiyyətin istəkləri nəzərə alınaraq konfransa tezis qəbulunun vaxtı iyulun sonunadək uzadılıb. Konfransda iştirak etmək istəyənlər tezislərini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərməlidir.
Konfrans Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçiriləcək.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” respublika elmi konfransına tezis qəbulunu davam etdirir. Konfrans Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçiriləcək.
Məruzə tezislərinin qəbuluna dair tələblər:
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan xalqının Milli Qurtuluş Günü: vətəndaş həmrəyliyinin və milli dirənişin təntənəsi" mövzusunda onlayn elmi konfrans keçirilib.
Tədbirdə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Mehvaliyeva, YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və başqaları çıxış ediblər. Konfransda çıxış edən AMEA akademik Zıya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını vurğulayıb.
2020-ci ilin 1 sentyabr tarixində Şərq xalqlarının I Bakı qurultayının keçirilməsindən 100 il ötür. 1920-ci il 1-7 sentyabr tarixlərində Bakıda Yaxın və Orta Şərqdə imperializmdən qurtuluş mübarizəsi aparan müsəlman xalqlarının I qurultayı keçirilmişdir. Qurultay Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi istiqamətində atılmış mühüm addım idi. İdeya və təşkilatçılığın dövrün Azərbaycan ictimai-siyasi elitası tərəfindən irəli sürülməsi respublikamızın bu prosesdə oynadığı əhəmiyyətli rolun göstəricisi idi. Yubileylə əlaqədar olaraq, AMEA İctimai və Humanitar Elmlər Bölmələrinin və akad.Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Şərq xalqlarının I qurultayı - Bakı,1920. Şərq dünyası 100 il əvvəl və bu gün” adlı Elmi Konfrans keçiriləcək.
