Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

21 Noyabr 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

 Prezident İlham Əliyevin xalqa müraciəti

 -Əziz həmvətənlər.

 Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.

 Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik.

19 Noyabr 2020

Noyabrın 18-də TÜRKSOY və Trakya Universitetlər Birliyinin təşkilatçılığı ilə "Böyük Qazaxıstan mütəfəkkiri Abay, anadan olmasının 175-ci ildönümündə" adlı beynəlxalq onlayn konfrans keçirilib. Konfransda Türkiyə, Azərbaycan və Qırğızıstan nümayəndələri iştirak ediblər.
Kırklareli Universiteti Balkan Araşdırmalar Mərkəzinin müdiri dr. Ertuğrul Karakuşun idarə etdiyi konfransın açılış nitqini TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Kırklareli Universitetinin rektoru, prof., dr. Bülent Şengörür ediblər.

18 Noyabr 2020

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin yeni sədri Əli Purmərcan noyabrın 18-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub və İnstitutun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb.
G.Baxşəliyeva Azərbaycan və İran arasında elmi, mədəni əlaqələrdən danışaraq, bu sahədə Şərqşünaslıq İnstitutunda çalışan iranşünas alimlərin mühüm rolunun olduğunu bildirib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda İran tarixi, iqtisadiyyatı, fars dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb.

18 Noyabr 2020

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev BBC - Arabicə canlı yayımda növbəti müsahibəsini verib. Müsahibədə o, 28 il çəkən işğaldan sonra rəsmən Azərbaycana geri qaytarılan Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmış erməni əhalinin təxliyəsi üçün Ermənistan tərəfinin 10 gün əlavə vaxt istədiyini, Azərbaycan tərəfinin isə hümanist dəyərlərə söykənərək bu xahişi qəbul etdiyini qeyd edib. E.Mustafayev qeyri-qanuni məskunlaşmış ermənilərin Kəlbəcəri tərk edərkən mənzillərə od vurduğunu, ağacları kəsdiyini, qədim Azərbaycan abidələrini dağıtdığını ərəb dünyasına çatdırıb.  Habelə, müsahibədə ermənilərin təxliyəsi bitdikdən sonra Azərbaycanın azərbaycanlı köçkünlərin öz dədə-baba yurdlarına geri dönməsi üçün şərait yaradacağını vurğulayıb. Azərbaycanlı şərqşünas BBC radiosuna da son hadisələrlə bağlı müsahibə verib. E.Mustafayev öz müsahibəsində ermənilərin Azərbaycan ekologiyasına, həmçinin maddi və mənəvi abidələrinə vurduğu zərərlər haqqında ətraflı məlumat verib.

Download Template Joomla 3.0 free theme.