Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan Hökuməti tərəfindən aparılan proflaktik təbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları sırasında AMEA, o cümlədən akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun da əməkdaşları mart ayının 29-dan may ayının 4-dək məzuniyyətdədirlər.
Bu məzuniyyət müddəti ərzində hamı kimi Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları da öz elmi fəaliyyətlərini davam etdirirlər, xüsusilə də qəbul edilmiş illik plan işlərinin yerinə yetirilməsi ilə məşğul olurlar.
Şöbənin müdiri, tatix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə bildirib ki, əməkdaşlar illik plan işi üzrə öz mövzuları ilə bağlı internet vasitəsilə material toplayıb, plan işi üzrə mətnlərin tərtibi və yazılması ilə məşğul olub, müvafiq məqalə və publisistik yazılar hazırlayaraq İnternet səhifələrinə yerləşdiriblər: “Şöbənin bütün əməkdaşları plan işi mövzusu olaraq “Cənubi Azərbaycan tarixinin oçreki (1917-1979-cu illər)”, 2-ci cild üzərində işləyirlər. Mövzu 3 il müddətinə tamamlanmalıdır.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənovanın “Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı çapdan çıxıb.
Giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət kitabda ilk dəfə olaraq xalqımızın ən qədim yaşayış məskənlərindən olan Cənubi Azərbaycan ərazisindəki yaşayış məntəqə adları toplanıb və bunlar müasir toponimik səviyyədə tədqiq edilib.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları xüsusi karantin dövründə səmərəli fəaliyyətlərini evdən davam etdirirlər.
Görülən işləri müzakirə etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə aprelin 17-də institutun direktoru akademik Gövhər Baxşəliyevanın rəhbərliyi ilə institut əməkdaşlarının onlayn iclası keçirilib. İclasda institutun şöbə müdirləri, eləcə də elmi işçilər iştirak ediblər. İclasda koronavirus pandemiyası ilə mübarizə məqsədilə sosial izolyasiya dövründə əməkdaşların iş potensialı və görülən işlər müzakirə olunub. Qeyd olunub ki, AMEA prezidenti akademik Ramiz Mehdiyevin tapşırığı və sərəncamı ilə Şərqşünaslıq İnstitutu da öz iş rejimini mövcud şəraitə uyğun davam etdirir. Əməkdaşlar nəzərdə tutulan plan işləri üzrə tədqiqatlarını davam etdirirlər, arşadırmalarının nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu jurnallar sırasında institutun elmi nəşrləri olan “Şərq araşdırmaları” elmi-nəzəri jurnalı və “Şərq filologiyası məsələləri” məqalələr toplusu da mövcuddur. İclasda “Şərq araşdırmaları” jurnalına qəbul edilən məqalələr barədə məlumat verilib. Çapa tövsiyyə olunan bu məqalələr sırasında institut əməkdaşlarından fəl.ü.e.d. Roida Rzayevanın “Postmodern diskursunda qloballaşma və hibridlik”, f.ü.f.d. Rəşid Təhməzoğlunun “Hüseyn Nihat Atsızın “Bozqurdlar” romanında qədim türklər”, f.ü.f.d. Məmmədəli Babaşlının “İslam dinində həmrəylik anlayışı və müasir dövrün çağırışları baxımından əhəmiyyəti” və s. məqalələr mövcuddur.
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri uğurla davam etdirilir. Bu pandemiyanın yayılmasının qarşısınını alınması məqsədilə dövlətimiz tərəfindən bütün zəruri təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. AMEA prezidenti akademik R.Mehdiyevin tapşırığı və sərəncamı ilə akademiyanın bütün institutları öz iş rejimini mövcud şəraitə uyğun davam etdirir. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimləri məlum səbəblərdən sosial izolyasiya dövründə öz elmi fəaliyyətlərini əvvəlki tempdə, ruh yüksəkliyi ilə evdə davam etdirilər. İnstitutun direktoru akademik Gövhər Baxşəliyeva əməkdaşlarla mövcud sosial şəbəkələr vasitəsilə əlaqə saxlayır, görülən işlərlə maraqlanır. Alimlərimiz öz tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu məcmuələr arasında Şərqşünaslıq İnstitutunun elmi nəşri olan “Şərq araşdırmaları” elmi-nəzəri yurnalı da mövcuddur.
