Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

16 Oktyabr 2020

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın bir neçə gün öncə İordaniya Haşimilər Krallığının geniş oxucu kütləsinə malik "Neyruz" xəbər agentliyi və Misir Ərəb Respublikasının "əl-Diplomasi" informasiya portalı tərəfindən dərc olunan "Ermənistan rəhbərliyinin yürütdüyü işğal siyasəti" adlı məqaləsi ərəb ölkələrində maraqla qarşılanıb və digər ərəb KİV-lərində məqalə geniş yayımlanıb. Bu sırada Misir Ərəb Respublikasının “Asiya əl-youm” və “əl-Vəsilə” informasiya portallarını, Körfəz ölkələri üzrə ixtisaslaşmış “Nəbz”, “Şərq”, “Şəfəq” informasiya mobil tətbiqlərini qeyd etmək olur.

14 Oktyabr 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın 14-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb.  

- Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə birlikdəyik. Cənab Prezident, bir yandan cəbhədə, bir yandan diplomatiyada sıx qrafikiniz var. “Haber Türk”ə vaxt ayırdığınız üçün Sizə çox təşəkkür edirəm.

- Sağ olun.

14 Oktyabr 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.

- “Haber Global” yayımına xoş gəldiniz. Son dərəcə önəmli bir qonağımız var. Bildiyiniz kimi, Azərbaycan Vətən müharibəsi aparır. Beləliklə, döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin sürətli, amma təmkinli irəliləyişi var. Bir atəşkəs prosesi, atəşkəsdən dərhal sonra Ermənistanın xüsusilə dünən törətdiyi hücumlar nəticəsində gərgin diplomatik proseslər, əməliyyat meydanında və masada hərəkətlilik. Təbii ki, bunları ən yaxından izləyən şəxs hazırda bu gərginlik arasında bizə vaxt ayıran Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Xoş gördük, cənab Prezident.

- Sağ olun.

14 Oktyabr 2020

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın "Ermənistan rəhbərliyinin yürütdüyü işğal siyasəti" adlı məqaləsi Misir Ərəb Respublikasının "əl-Diplomasi" informasiya portalı tərəfindən yayımlanıb. Akademik Gövhər Baxşəliyeva məqalədə Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni və qətnamələrdə Ermənistan hərbi-siyasi hakimiyyətinin Azərbaycanın qədim torpaqlarının işğalını pisləyən müddəaları, həmçinin işğalçı hərbi birləşmələrinin işğal olunmuş əraziləri dərhal tərk etməsi ilə bağlı tələbləri qeyd edib. Məqalədə Ermənistan rəhbərliyinin yürütdüyü işğal siyasəti nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərlər haqqında ətraflı məlumat verilib. Akademik Gövhər Baxşəliyeva öz məqaləsində son dövrlər Ermənistan hakimiyyətinin həyata keçirdiyi hərbi təxribatlar, Ermənistan hərbi qüvvələrinin dinc əhalini ağır silahlardan atəşə tutması, təxribat xarakterli hücumlar nəticəsində mülki əhaliyə dəymiş mənəvi və maddi zərərlər haqqında söhbət açıb.

Download Template Joomla 3.0 free theme.