AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayevin "Мотивы махдистских верований в ранних племенных религях" (“İlkin qəbilə dinlərində mehdilik inancının motivləri” ) adlı elmi məqaləsi Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin keçirdiyi “Müasir Rusiyada İslam və islamşünaslıq” adlı II Ümumrusiya İslamşünaslıq forumunun materiallarında dərc olunub.
Məqalədə tarixən mövcud olmuş və hal-hazırda günümüzə gəlib çatmış ilkin qəbilə dinlərdə "xilaskar gözləntisi" problemi müxtəlif aspektlərdən tədqiq edilir. Belə ki, Cənubi Amerka, Afrika və Avstraliya materiklərində ibtidai icma quruluşunda yaşayan qəbilələrdə çətin şəraitlərdə, müharibə və təbii fəlakət zamanı fövqəltəbii xilaskara duyulan ehtiyacların primitiv dinlərdə təsirləri araşdırılır və müqayisəli təhlillər aparılır.